ÇL: "Sabah"ın 3-cü təsnifat mərhələsindəki rəqibi bilindi
Operativ Media
Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Operativ Media xəbər verir ki, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olub. Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı.
Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə bu dəfə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib - 4:1 (3:0 əsas vaxtda, 1:1 əlavə vaxtda).
Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burada daha dəqiq olan “Orhus” (4:3) növbəti mərhələyə yüksəlməklə “Sabah”a rəqib olub.
Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu Danimarkada keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net