Menyu

"Mançester Siti" "Lill"in futbolçusu Əyyub Buaddi ilə razılıq əldə edib

Operativ Media
"Mançester Siti" "Lill"in futbolçusu Əyyub Buaddi ilə razılıq əldə edib
1 dəq oxu

İngiltərənin "Mançester Siti" klubu Fransanın "Lill" komandasının yarımmüdafiəçisi Əyyub Buaddi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Mənbənin bildirdiyinə görə, 18 yaşlı mərakeşli futbolçu Mançester təmsilçisinə keçməyə çox yaxındır. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan sözləşməyə razılıq veriblər.

​Qeyd olunub ki, daha əvvəl mətbuatda "Lill"in bu transferdən 100 milyon avro gəlir əldə etmək niyyətində olduğu iddia olunurdu.

​Ötən mövsüm Fransə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər olan Buaddi bütün turnirlərdə 42 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında Mərakeş milli komandasının heyətində 5 oyunda iştirak edib.

Əlaqəli Xəbərlər