Menyu

UEFA Konfrans Liqası: "Neftçi" və "Zirə" 2-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar

Operativ Media
UEFA Konfrans Liqası: "Neftçi" və "Zirə" 2-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar
1 dəq oxu

Bu gün "Neftçi" və "Zirə" UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar.

Operativ Media xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri evdə Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcəklər. "Socar Polimer Arena"da keçiriləcək matç saat 20:00-da start götürəcək. Tərəflər arasında ilk matç Estoniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ağ-qaralar" isə Belarusun "Dinamo" komandasının qonağı olacaqlar. Qarşılaşma saat 21:00-da Bolqarıstanın Beroe şəhər stadionunda oynanılacaq. Komandalar arasınds baş turan ilk görüş Yuri Vernidubun komamdasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Əlaqəli Xəbərlər