Menyu

İsrail "F-35"ə rəqib ola biləcək döyüş pua-sı hazırlamağı planlaşdırır

Operativ Media
İsrail "F-35"ə rəqib ola biləcək döyüş pua-sı hazırlamağı planlaşdırır

İsrail ABŞ-nin "F-35" qırıcısının imkanlarına cavab verən yeni nəsil döyüş pilotsuz uçuş aparatı istehsal etməyi hədəfləyir.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.

​Məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtondan gələn hərbi yardımların həcmini tədricən azaltmaq və onu birgə silah işlənməsi və istehsalı proqramları ilə əvəzləmək niyyətindədir. Bu strategiya çərçivəsində ərsəyə gətirilməsi nəzərdə tutulan döyüş PUA-sının layihələndirilməsi prosesinə digər dövlətlərin də cəlb oluna biləcəyi bildirilib.

​Bununla yanaşı, "Axios" portalının daha əvvəl yaydığı xəbərdə İsrailin Baş naziri Binyamin Netanyahunun iyulun 28-də ABŞ Prezidenti Donald Trampla görüşü zamanı amerikalı tərəfdaşlarından alınan hərbi dəstəyi 10 il ərzində sıfıra endirməyi planlaşdırdığını dediyi qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər