U-17 dünya çempionatı: Fatimə Bayramova 1/4 final mərhələsinə yüksəldi - YENİLƏNİR
Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova (53 kq) Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində moldovalı R.Carapetianta 11:0 hesabı ilə qalib gəlib.
***
11:09
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Operativ Media xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanı 53 kq çəki dərəcəsində təmsil edən qadın güləşçisi Fatimə Bayramova 1/16 final mərhələsində israilli Sela Rozov ilə qarşılaşıb. O, rəqibini 11:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.