Sumqayıtda iki avtomobil qaçıran şəxslər saxlanılıb
Operativ Media
Sumqayıt şəhəri ərazisində zərərçəkənə məxsus “MG” markalı avtomobil qaçırılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən N.Koroğluyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.
Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə zərərçəkənin yaşadığı binanın həyətində saxladığı “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən A.Zeynalov da saxlanılıb.
Hər iki nəqliyyat vasitəsi sahibinə geri qaytarılıb. Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net