Menyu

"Roma" "Real Madrid"in hücumçusu Endriki heyətinə qatmaq istəyir

Operativ Media
"Roma" "Real Madrid"in hücumçusu Endriki heyətinə qatmaq istəyir
1 dəq oxu

İtaliyanın "Roma" klubu İspaniya "Real Madrid"inin braziliyalı hücumçusu Endrik ilə yaxından maraqlanır.

Operativ Media​ xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

​Məlumata görə, paytaxt təmsilçisi son bir ay ərzində 20 yaşlı futbolçunun çıxışını diqqətlə izləyir. İtaliya klubu hücumçunu satın almaq hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

​Braziliyalı hücumçu 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

​Qeyd edək ki, Endrikin "Real Madrid"lə mövcud müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər