Menyu

Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirilib

Operativ Media
Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirilib

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Baxış zamanı işğal dövründə vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların mövcud vəziyyəti nəzərdən keçirilib, bu ərazilərdə görüləcək quruculuq və abadlıq işləri, tarixi-mədəni irs nümunələrinin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində planlaşdırılan tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, bu məkanlar xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə qəbiristanlıqların bərpa edilməsi, mühafizəsi və dövlət reyestrinin aparılması xüsusi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Kəlbəcər rayon sakinləri ilə də görüş keçirilib. Görüşdə rayonun tarixi-mədəni və dini irsinin, o cümlədən qəbiristanlıqların bərpası, abadlaşdırılması və gələcəkdə sistemli şəkildə idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, vətəndaşların rəy və təklifləri dinlənilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər