Menyu

XİN: Azərbaycanda mina qurbanlarının sayı 433 nəfərə çatıb

Operativ Media
XİN: Azərbaycanda mina qurbanlarının sayı 433 nəfərə çatıb

Daha bir mina partlayışı nəticəsində 2 Azərbaycan vətəndaşı ağır yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

2020-ci il müharibəsindən bəri 433 nəfər Ermənistanın mina çirklənməsinin qurbanı olub.

Bu faciə minaların yaratdığı davamlı insan itkilərini və günahsız insanların hər gün üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.

Əhatəli minatəmizləmə səyləri üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var.

Minalardan azad gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacibdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər