Menyu

Türkiyəli media nümayəndələri Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

Operativ Media
Türkiyəli media nümayəndələri Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

Türkiyədən Azərbaycana səfərə gələn media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.

Operativ Media xəbər verir ki, səfər Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində baş tutub.

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri qoyub.

Daha sonra qonaqlar Türk Şəhidliyi abidəsini ziyarət edərək Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad olunması və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş türk və azərbaycanlı əsgərlərin xatirəsini ehtiramla yad ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər