Menyu

"Səbail" PFK Rahid Əmirquliyevi heyətinə qatdı

Operativ Media
"Səbail" PFK Rahid Əmirquliyevi heyətinə qatdı

Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” PFK komandamızın sabiq kapitanı Rahid Əmirquliyevi yenidən heyətinə cəlb edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Rahid Əmirquliyev 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub, komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.

Rahid Əmirquliyev "dənizçilər"in tarixində Azərbaycan Premyer Liqasında 100 oyun keçirən ilk futbolçu kimi tarixə düşüb. O, bu əlamətdar göstəriciyə 5 dekabr 2022-ci ildə “Qəbələ” ilə keçirilən çempionat oyununda nail olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər