Menyu

Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Operativ Media
Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
1 dəq oxu

İqtisadiyyat naziri Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib.

Operativ Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər və iqtisadi transformasiya şəraitində zəruri bilik və bacarıqlar barədə fikirlər bölüşülüb. Eyni zamanda, qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, Mentorluq proqram müddətində atılacaq potensial addımlar müzakirə edilib.

Bundan əlavə, fərdi inkişaf planı çərçivəsində əldə olunan təcrübələr dəyərləndirilib.

Əlaqəli Xəbərlər