Menyu

Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

Operativ Media
Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

Bu ilin ikinci rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5305 fırıldaqçılıq halı baş verib.

Operativ Media Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 3633 təşkil edib.

Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin birinci rübü ilə müqayisədə 20,43 faiz azalıb, sayı isə 6,2 faiz artıb.

Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə 11,03 faiz azalıb, sayı 39,65 faiz azalıb.

Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9 faizi hesabların ələ keçirilməsi ilə bağlı olub, ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9 faizi kartın fiziki iştirakı olmadan həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər