Azərbaycanın daha bir futbolçusu Türkiyə klubuna keçdi
Operativ Media
Türkiyə I Liqa təmsilçisi "Boluspor" Elvin Yunuszadəni transfer edib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Elvin Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.
Təcrübəli müdafiəçi avrokuboklarda da zəngin təcrübəyə malikdir. O, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan "Neftçi"nin heyətində yer alıb və 3 oyunda iştirak edib. O, həmçinin 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ"ın heyətində çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net