Menyu

AQTA: Yalnış reklam və etiketləmə halları aşkar edilib

Operativ Media
AQTA: Yalnış reklam və etiketləmə halları aşkar edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici içkilərin etiketlənməsi, qablaşdırılması və reklamında istifadə olunan vizual və mətn elementləri istehlakçılarda bu məhsulların energetik içki olması barədə yanlış təsəvvür formalaşdırır.

Bu barədə Operativ Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu cür məhsulların təqdimatında aqressiya, güc, dominantlıq, yüksək fiziki performans, sürət və üstünlük kimi anlayışları ifadə edən təsvirlərdən, simvollardan, heyvan obrazlarından, adlardan və digər dizayn elementlərindən istifadə edilir. Eyni zamanda, reklam materiallarında idmançıların və yüksək fiziki aktivliyə malik şəxslərin yer alması istehlakçılarda məhsulun energetik və ya idman içkisi olduğu barədə yanlış təəssürat yarada bilər:

"Monitorinqlər zamanı bəzi sərinləşdirici içkilərin qablaşdırılmasında energetik içkilər üçün nəzərdə tutulmuş xəbərdarlıq və məhdudiyyətlərin də əks olunduğu müəyyən edilib. Belə ki, məhsulların üzərində "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadə edilməməlidir", "Hamilə və süd verən qadınlara, eləcə də müəyyən xəstəlikləri olan şəxslərə istifadəsi tövsiyə edilmir", "Gündəlik 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" kimi ifadələrə rast gəlinir. Halbuki bu xəbərdarlıqlar yalnız energetik içkilər üçün müəyyən edilmiş xüsusi tələblərdir və onların adi sərinləşdirici içkilərin üzərində istifadə olunması istehlakçıların çaşdırılmasına səbəb ola bilər".

AQTA istehsalçıların, idxalçıların və reklam subyektlərinin diqqətinə çatdırır ki, məhsulların etiketlənməsi, qablaşdırılması və reklamında istehlakçıları çaşdıran, məhsulun faktiki xüsusiyyətləri barədə yanlış təsəvvür yaradan vizual və mətn elementlərindən istifadə edilməməlidir.

"İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən etiket məlumatlarını diqqətlə oxusunlar. Məhsulun energetik içki olub-olmadığını müəyyən etmək üçün etiket üzərində "Energetik içki" qeydinin mövcudluğuna diqqət yetirilməsi vacibdir", - məlumatda vurğulanıb.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər