Menyu

Azərbaycanda 11 aptekdə nöqsan aşkarlanıb

Operativ Media
Azərbaycanda 11 aptekdə nöqsan aşkarlanıb

İyul ayında Azərbaycanda 78 aptekdə yoxlama aparılıb.

Bu barədə Operativ Media-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər