Yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Operativ Media
Abşeron rayonu ərazisində zərərçəkənə məxsus “Mitsubishi” markalı yük avtomobilindən 2000 manat dəyərində təmir-tikinti alətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı İ.Nöhbalayev saxlanılıb. Onun oğurladığı təmir-tikinti alətlərini satdığı müəyyən edilib.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net