Menyu

24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Şəfa Hüseynli
24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının Təbriz küçəsində, metronin "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. 

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib. 

Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər