"Atletiko" "Tottenhem"in müdafiəçisi Kristian Romeronu transfer etməyi planlaşdırır
İspaniyanın "Atletiko Madrid" klubu "Tottenhem"in və Argentina milli komandasının müdafiəçisi Kristian Romeronu transfer pəncərəsi bağlanana qədər heyətinə qatmağı hədəfləyir.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano malumat yayıb.
Məlumata görə, Madrid təmsilçisi 28 yaşlı futbolçunun keçidini yarımmüdafiəçi Nauel Molina və müdafiəçi Matteo Rudcerinin satışından əldə olunacaq vəsait hesabına maliyyələşdirmək niyyətindədir. "Atletiko"nun İspaniya klubuna təklif edəcəyi məbləğ daha əvvəl Milano "İnter"inin təqdim etdiyi təkliflə eyni – 40 milyon avro təşkil edəcək. "Marca" nəşrinin iddiasına əsasən, argentinalı oyunçunun transferində komandanın baş məşqçisi Diyeqo Simeone şəxsən maraqlıdır.
Qeyd edək ki, 2022-ci ildən "Tottenhem"də çıxış edən Romeronun klubla hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Müdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 32 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin DÇ-2026-da meydana çıxdığı 7 qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.