Menyu

Qazaxıstan Trans-Xəzər fiber-optik kabelinin dənizaltı hissəsinin çəkilişini başa çatdırıb

Nicat Hüseynli
Qazaxıstan Trans-Xəzər fiber-optik kabelinin dənizaltı hissəsinin çəkilişini başa çatdırıb

Qazaxıstan ölkənin ən iri telekommunikasiya layihələrindən birinin əsas mərhələsini Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin çəkilişini başa çatdırıb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sualtı kabel Qazaxıstan sahillərinə uğurla çatdırılıb və bununla da "Kazakhtelecom" ilə "AzerTelecom International"ın birgə həyata keçirdiyi layihənin ən mürəkkəb mərhələsi başa çatıb.

"Yeni Aktau–Sumqayıt marşrutu Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirərək Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi dəhlizi yaradacaq. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq, həmçinin hər iki ölkənin tranzit potensialını gücləndirəcək", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər