Menyu

Evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Operativ Media
Evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlayan şəxs saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər