Menyu

Hacıqabulda yol qəzasında sərnişin ölüb

Operativ Media
Hacıqabulda yol qəzasında sərnişin ölüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi “Nissan“ markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü yüngül xəsarət alıb, sərnişin - Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov isə ağır yaralanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər