Rusiya: Ermənistan dəmir yolu konsessiyasının ləğvi ilə bağlı rəsmi bildiriş göndərməyib
Moskva Ermənistan tərəfindən Cənubi Qafqaz Dəmir Yolunun konsessiyasının dayandırılması ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, ictimai müzakirələrdə müxtəlif təkliflər səslənsə də, Rusiya Ermənistanla bu sahədə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır.
“Biz bu məsələləri məsləhətləşmələr və dialoq yolu ilə həll etməyin tərəfdarıyıq”, – deyə Overçuk vurğulayıb.
O xatırladıb ki, 2026-cı ilin yanvarında Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəni təmin edəcək iki hissəsinin bərpası ilə bağlı qərarlar qəbul edilib.
Overçukun sözlərinə görə, Rusiya bu layihələrdə iştirak etməyə hazır olduğunu bildirdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanın iştirakının ölkəni rəqabət üstünlüklərindən məhrum etdiyini bəyan edib.
Rusiyalı rəsmi əlavə edib ki, “Rusiya Dəmir Yolları”nın iştirakı olmadan Ermənistanın xarici dünya ilə tam nəqliyyat əlaqəsinin necə təmin ediləcəyini qiymətləndirmək çətindir.