Finlandiya Ukraynaya "Patriot" raketləri verməkdən imtina edib
Finlandiya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan tutucu raketləri milli maraqlara zidd olduğu üçün Ukraynaya göndərməyəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "Ilta-Sanomat" qəzetinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, ölkəsi öz maraqları çərçivəsində mümkün olan addımları atıb, lakin cəbhəboyu dövlət statusunda olduğu üçün hava hücumundan müdafiə sahəsindəki döyüş hazırlığını riske ata bilməz.
A.Hyakkyanen ölkəsinin bəzi zenit raketlərinin tədarükü üzrə müəyyən imkanlara malik olduğunu qeyd etsə də, Kiyevə göstərilən yardımın mexanizmləri ilə bağlı detalları açıqlamaqdan imtina edib.
Xatırladaq ki, iyulun sonunda ABŞ prezidenti Donald Tramp "Patriot" komplekslərinin və onlar üçün raketlərin istehsal texnologiyalarının Kiyevə verilməsi perspektivlərini şübhə altına alıb. O, Birləşmiş Ştatların digər ölkələrə Amerikan silahlarının istehsalı üçün lisenziyaların verilməsi məsələsində çox ehtiyatlı olmalı olduğunu diqqətə çatdırıb.