Menyu

"Neftçi" "Şahdağ Qusar"ı məğlub edib

Operativ Media
"Neftçi" "Şahdağ Qusar"ı məğlub edib
1 dəq oxu

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

Operativ Media xəbər verir ki, "ağ-qaralar" I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.

“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.

Əlaqəli Xəbərlər