Menyu

Çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb

Operativ Media
Çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə  Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Avqustun 4-də start götürən çempionatın sonuncu günündə final qarşılaşmaları keçirilib.

Qadınların yarışında "Azərreyl Salam" və "Azərreyl Salam Sharing" klubları, kişilərin yarışında isə "FHN-2" və "Djevo" komandaları qızıl medallar uğrunda mübarizə aparıblar. "Azərreyl Salam" 2:0, "FHN-2" komandası isə 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıblar.

Bakı Su İdmanı Sarayında təşkil olunan final qarşılaşmalarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi keçirilib. Qaliblərə kubok, diplom və medalları AVF prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və federasiyanın İdarə heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.

Çempion olan komandalar bu il keçiriləcək klublararası Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər