Təzyiq yüksəldikdə ilk olaraq nə etmək lazımdır? - Həkim məsləhəti
Operativ Media
Yüksək arterial təzyiq bəzən heç bir əlamət vermədən inkişaf edir və orqanizm üçün ciddi risk yaradır. Lakin bəzi hallarda halsızlıq, başgicəllənmə, ürəkbulanma, baş ağrısı və görmədə dəyişikliklər kimi simptomlarla da özünü göstərə bilər.
Təzyiq yüksəldikdə ilk olaraq nə etmək lazımdır?
Mövzu ilə bağlı Operativ Media-ya hepatoloq - terapevt Sevinc Abasova danışıb.
Mütəxəssis bildirib ki, qeyd olunan əlamətlər yalnız yüksək təzyiqə xas olmadığı üçün ilk növbədə arterial təzyiq tonometrlə dəqiq ölçülməlidir. Təzyiqin yüksək olduğu təsdiqlənərsə, xəstə sakit bir vəziyyətdə əyləşməli və həyəcanlanmamalıdır.
Həkim xüsusilə xəbərdarlıq edir ki, təzyiq yüksək olduğu halda həkim məsləhəti olmadan dərman qəbul etmək və ya dozanı özbaşına dəyişmək düzgün deyil. Təzyiqin sürətlə aşağı salınmasına çalışmaq da böyük təhlükə yaradır. Çünki təzyiq kəskin düşərsə, bu da başgicəllənmə, kəskin halsızlıq və daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ən doğru addım təzyiqi düzgün ölçmək, nəticəni qiymətləndirmək, sakitliyi saxlayaraq lazım gəldikdə dərhal mütəxəssisə müraciət etmək və ya təcili tibbi yardım çağırmaqdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net