Bakıda Azərbaycan-Çin enerji əməkdaşlığının yeni istiqamətləri nəzərdən keçirilib
Nərmin Qocamanlı
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir Şahbazov öz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən yaşıl enerji ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma