Menyu

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq yarışda iştirak edəcəklər

Operativ Media
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq yarışda iştirak edəcəklər
1 dəq oxu

Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar. 

Operativ Media xəbər verir ki, FIVB reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq. 

Yarışda ölkəmiz baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Əlaqəli Xəbərlər