Menyu

Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli açıqlanıb

Operativ Media
Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli məlum olub.

Operativ Media xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 14, 15, 16 və 17 avqust tarixlərində keçiriləcək.

14 avqust (cümə)

19:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu, 19:30

15 avqust (şənbə)

18:30. “Araz-Naxçıvan” – “İmişli”

Qəbələ şəhər stadionu

20:45. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”

16 avqust (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

“SOCAR Polymer Arena”

21:00. “Zirə” – “Şəfa”

Zirə İdman Kompleksinin stadionu

17 avqust (bazar ertəsi)

19:30. “Qarabağ” – “Şamaxı”

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər