Menyu

Elnur Məmmədov ABŞ dövlət katibinin köməkçisinin birinci müavini ilə görüşüb

Operativ Media
Elnur Məmmədov ABŞ dövlət katibinin köməkçisinin birinci müavini ilə görüşüb

10 avqust tarixində Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı, xüsusilə, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, təhlükəsizliyin və rifahın təşviqinə xidmət edən məsələlər üzrə sıx qarşılıqlı əlaqələrin davam etdirilməsinə və məsləhətləşmələrin aparılmasına hazır olduqlarını təsdiqləyiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər