Menyu

SEPAH: İran ABŞ ilə münaqişəni Trampın prezidentlik müddətinin sonunadək uzada bilər

Nicat Hüseynli
SEPAH: İran ABŞ ilə münaqişəni Trampın prezidentlik müddətinin sonunadək uzada bilər

İran ABŞ ilə silahlı münaqişəni Prezident Donald Trampın səlahiyyət müddətinin sonunadək davam etdirmək variantını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəğdi məlumat verib.

O bildirib ki, əsas məqsəd İranın təhlükəsizliyini təmin edəcək çəkindiricilik səviyyəsinə nail olmaqdır:

“Biz elə bir müdaxilənin qarşısını alan güc təmin etməliyik ki, bizə hücum etməyə cürət etməsinlər və təhlükəsiz bir şəraitdə yaşaya bilək. Variantlardan biri bu müharibəni növbəti prezidentlik müddətinədək uzatmaq və qarşı tərəfi o dərəcədə zəiflətməkdir ki, İrana hücum etmək istəyən hər kəs bunun bədəlini ödəyəcəyini anlasın”, - deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər