ABŞ-də hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb
Operativ Media
ABŞ-ın Texas ştatının mərkəzi hissəsində "AH-64 Apache" tipli hərbi helikopter qəzaya uğrayıb.
Operativ Media-nın məlumatına görə, bu barədə yerli şerif idarəsinin nümayəndələri bildiriblər.
Məlumata əsasən, helikopterin göyərtəsində olan iki nəfər həlak olub. Hadisə zamanı yerdə olan şəxslər arasında xəsarət alan olmayıb.
Hadisədən sonra helikopter yanıb. Bununla əlaqədar olaraq, yerli hakimiyyət orqanları hadisə ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma