ABŞ qüvvələri İran blokadası çərçivəsində 59 ticarət gəmisinin marşrutunu dəyişib
Operativ Media
İyulun ortalarından etibarən İran limanlarının dəniz blokadasının bərpa edilməsindən bu yana ABŞ hərbçiləri 59 ticarət gəmisinin marşrutunu dəyişməyə məcbur ediblər.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (SENTCOM) məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımına əsasən, avqustun 12-nə olan vəziyyətə görə, Amerika qoşunları ümumilikdə 59 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə baxış keçirmək üçün göyərtəsinə eniş ediblər.
Qeyd edək ki, avqustun 9-da marşrutu dəyişdirilən gəmilərin ümumi sayı 55 olaraq qeydə alınmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net