"Latsio" "İnter"in yarımmüdafiəçisini transfer edir
Operativ Media
"Latsio" "İnter"in yarımmüdafiəçisi Davide Frattezinin transferi ilə bağlı razılıq əldə edib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb
Məlumata görə, Roma təmsilçisi yarımmüdafiəçini 1 milyon avro qarşılığında icarəyə götürəcək.
Razılaşmada oyunçunun transfer hüququnun 14 milyon avroya alınması bəndi də yer alıb. Eyni zamanda, "İnter" futbolçunun növbəti satışından əldə ediləcək vəsaitin 50 faizinə sahib olacaq.
Xatırladaq ki, Davide Frattezi 2023-cü ilin yayından etibarən Milan təmsilçisinin heyətində çıxış edir. O, bu müddət ərzində komandanın tərkibində 122 qarşılaşmada iştirak edib, 15 qola və 12 məhsuldar ötürməyə imza atıb..
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net