Yanvar-iyul aylarında 207 minə yaxın əmlaka çıxarış verilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207 min 35 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Dövlət Xidmətindən Operativ Media-ya bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 39 min 556-sı (19 faiz) ilkin, 167 min 479-u (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 44 min 830, mənzil – 52 min 822, torpaq sahəsi – 101 min 351, qeyri-yaşayış binası – 1918, qeyri-yaşayış sahəsi – 5684, əmlak kompleksi – 366 və çoxmərtəbəli yaşayış binaları üzərində 64 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 60 min 360-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.