Menyu

Jali Muaddib: "Tvente" çox güclü və yaxşı komandadır"

Operativ Media
Jali Muaddib: "Tvente" çox güclü və yaxşı komandadır"

Təkcə ayaqla yox, eyni zamanda başla da oynamağı bacarırıq.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Jali Muaddib "Dinamo" ilə oyundan sonra "CBC Sport" kanalına müsahibəsində deyib.

Futbolçu komandanın çıxışından və stadiondakı atmosferdən məmnun olduğunu bildirib:

“Ümumiyyətlə, oyunla bağlı düşüncələrim və keçirdiyim hisslər çox xoşdur. Biz göstərdik ki, həqiqətən də güclü komandayıq. Təkcə ayaqla yox, eyni zamanda başla da oynamağı bacarırıq. Bu gözəl atmosferdə, belə gözəl stadionda oynamaq çox xoş və zövqvericidir. Yalnız xoş sözlər deyə bilərəm”.

Muaddib “Qarabağ”a uyğunlaşma prosesinin də yaxşı getdiyini vurğulayıb:

“Adaptasiya prosesim çox yaxşı gedir. Sanki uzun illərdir bu komandadayam. Komandanın oyun tərzi, komanda yoldaşlarım və ümumiyyətlə hər şey ürəyimcədir”.

O, növbəti mərhələdə qarşılaşacaqları “Twente”nin güclü komanda olduğunu qeyd edib:

“Qarşıdakı rəqibimiz “Twente” çox güclü və yaxşı komandadır. Ümumiyyətlə, bu mərhələyə qədər gələn istənilən komanda güclüdür”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər