Menyu

Bakıdan Moskvaya mesaj: Təxribat xarakterli çıxışların qarşısı alınmalıdır - RƏY

Operativ Media
Bakıdan Moskvaya mesaj: Təxribat xarakterli çıxışların qarşısı alınmalıdır - RƏY

Son günlər bəzi mətbuat orqanlarında Azərbaycanın müstəqilliyini və suverenliyini şübhə altına alan, Azərbaycana qarşı aqressiv addımlar atmağa çağıran çıxışlar səslənməyə başlayıb. Bu çıxışlar arasında Rusiyada hakimiyyətə yaxınlığı ilə seçilən ekspertlərin də fikirləri yer alır.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə, Azərbaycan, təbii ki, belə məsələlərə biganə qala bilməz:

"Bu səbəbdən Azərbaycan Baş Prokurorluğu həmin şəxslərin Azərbaycana qarşı zorakılıq və terror çağırışları ilə bağlı cinayət işi başladıb. Eyni zamanda, Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya nota verilib və Rusiya səfiri notanın təqdim edilməsi üçün Nazirliyə dəvət olunub.

Azərbaycanın bu addımları, ilk növbədə, ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına xidmət edir. Heç bir halda hər hansı dövlətin və ya ayrı-ayrı şəxslərin Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə və çağırışlarına Azərbaycan dövləti dözməyəcək.

Eyni zamanda, Rusiyanın müvafiq dövlət qurumlarını da Azərbaycana qarşı bu cür çağırışlar səsləndirən şəxslərlə bağlı tədbirlər görməyə çağırırıq. Çünki bu kimi açıqlamalar və hərəkətlər iki ölkə arasında münasibətlərə ciddi zərər vura bilər.

Ümid edirik ki, Azərbaycanın bu etirazı Rusiya tərəfindən anlayışla qarşılanacaq və münasibətlərin daha da gərginləşməsinin qarşısının alınması istiqamətində müvafiq addımlar atılacaq”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər