Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradıb
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini (MQRS) yaradıb.
Operativ Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurum bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə sistemin test rejimində fəaliyyətinin yoxlanılması və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi ilə bağlı təqdimat keçirib. Təqdimat zamanı MQRS-nin hazırkı mərhələdə fəaliyyət mexanizmi, funksionallığı, habelə sistem vasitəsilə toplanılması nəzərdə tutulan məlumatların əhatəsi ətraflı müzakirə edilib.
Bundan başqa, kredit təşkilatlarının MQRS-ə inteqrasiyasını məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor iştirakçılarına nümayiş etdirilib, bazar iştirakçılarına MQRS-ə inteqrasiya üçün zəruri texniki tədbirləri müəyyən edilmiş müddətdə yekunlaşdırmaq bildirilib.
dəqiqələr içində saytın olsun.