Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib
2026-2027-ci tədris ili üzrə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 39 min 94 elektron sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Operativ Media-ya bildirilib ki, avqustun 19-u saat 11:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 39 min 94 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.
Qeyd olunub ki, paytaxt məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən daxil olan 4769 müraciət operativ şəkildə cavablandırılıb. Müraciətlərdən 113-ü alternativ qeydiyyat mərkəzlərində, 3980-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb. Həmçinin 676 valideyn 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Xatırladaq ki, mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Qəbul prosesi “www.mektebeqebul.edu.az” portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
dəqiqələr içində saytın olsun.