Avqustun 22-25-də Azərbaycanda hava 41 dərəcəyədək isti olacaq
Operativ Media
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.
Operativ Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma