Menyu

Endrik "Real Madrid"də qalmağa qərar verdi

Əziz Əzizli
Endrik "Real Madrid"də qalmağa qərar verdi

İngiltərənin "Liverpul" klubu "Real Madrid"in hücumçusu Endriki heyətinə qatmaqda maraqlıdır.

​Operativ Media xəbər verir ki, Braziliya milli komandasının üzvü Madrid təmsilçisində qalmaq qərarına gəldiyi üçün transfer təklifini müzakirə etməkdən imtina edib.

​ESPN-in məlumatına görə, 20 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Transfermarkt portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

​Qeyd edək ki, gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, Fransa təmsilçisinin heyətində çıxış etdiyi 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, braziliyalı futbolçu 2026-cı il dünya çempionatında 4 qarşılaşmada meydana çıxsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər