Menyu

Ekspert: "Yeni Dövlət Proqramı turizmin regionlar üzrə balanslaşdırılmasına imkan verəcək"

Ayşən Sadıxzadə
Ekspert: "Yeni Dövlət Proqramı turizmin regionlar üzrə balanslaşdırılmasına imkan verəcək"

"2026–2030-cu illər üzrə turizmin inkişafı ilə bağlı Dövlət Proqramını Azərbaycan turizminin daha sistemli və uzunmüddətli inkişafına hesablanmış mühüm strateji sənəddir. Proqramın əsas üstünlüklərindən biri turizmin yalnız xarici turistlərin sayının artırılması deyil, eyni zamanda regionların inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm məhsullarının şaxələndirilməsi baxımından nəzərdən keçirilməsidir".

Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib.

O, hesab edir ki, sənəd turizm sektorunda mövcud olan infrastruktur çatışmazlığı, regionlarda xidmət səviyyəsinin aşağı olması, ixtisaslı kadr problemi və turizm məhsullarının yetərincə tanıdılmaması kimi məsələlərin həllinə real imkan yaradır:

"Xüsusilə regionlarda yeni turizm marşrutlarının formalaşdırılması və investisiya imkanlarının genişləndirilməsi Bakı ilə digər bölgələr arasında turizm axınının balanslaşdırılmasına kömək edə bilər. Lakin proqramın uğuru yalnız qarşıya qoyulan hədəflərdən deyil, onların icrasına nəzarətin, konkret icra mexanizmlərinin və dövlət-özəl sektor əməkdaşlığının nə dərəcədə səmərəli qurulmasından asılı olacaq. Əsas məqsəd Azərbaycanın turizm potensialını yalnız statistik göstəricilərlə deyil, turistin ölkədə qalma müddətinin və xərclərinin artması ilə ölçmək olmalıdır.

Yeni Dövlət Proqramının icrası nəticəsində Azərbaycan turizmində ən mühüm dəyişikliklərdən biri regionların turizm imkanlarının daha fəal şəkildə dövriyyəyə cəlb edilməsi ola bilər. Bunun üçün regionlarda yol, nəqliyyat, hotellər, ictimai iaşə və digər turizm infrastrukturlarının inkişafı ilə yanaşı, hər bir bölgənin özünəməxsus turizm məhsulu formalaşdırılmalıdır. Turistlərin ölkə daxilində hərəkətliliyinin artırılması üçün hava və dəmir yolu əlaqələrinin genişləndirilməsi, regional nəqliyyat imkanlarının yaxşılaşdırılması və vahid turizm marşrutlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda turist üçün qiymətlərin şəffaflığı, elektron xidmətlərin genişləndirilməsi və müxtəlif büdcələrə uyğun yerləşmə imkanlarının artırılması xidmətlərin əlçatanlığını yüksəldəcək. Mən hesab edirəm ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki, Quba-Xaçmaz və cənub bölgəsi kimi istiqamətlərdə turizm klasterlərinin yaradılması böyük nəticələr verə bilər. Nəticədə Azərbaycanı sadəcə Bakı və bir neçə əsas turizm məkanı ilə deyil, ölkənin müxtəlif regionlarını birləşdirən çoxşaxəli və rəqabətqabiliyyətli turizm destinasiyası kimi təqdim etmək mümkündür".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər