Menyu

Voleybol üzrə Avropa Çempionatı start götürür

Operativ Media
Voleybol üzrə Avropa Çempionatı start götürür
1 dəq oxu

Bu gün Azərbaycanın da ev sahiblərindən olduğu qadınlar arasında voleybol üzrə Avropa çempionatı start götürür.

Operativ Media xəbər verir ki, C qrupunda mübarizə aparacaq millimiz ilk matçında doğma meydanda Portuqaliya seçməsi ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.

Həmçinin turnirin açılış görüşü isə Fransa və Slovakiya milliləri arasında baş tutacaq.

Bununla yanaşı 20:00-da Türkiyə - Latviya və 22:00-da Çexiya - Yunanıstan duelləri keçiriləcək.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər