Menyu

Bakıxanovda təmir işləri ilə əlaqədar 78 nömrəli avtobusun marşrutu dəyişdirilib

Operativ Media
Bakıxanovda təmir işləri ilə əlaqədar 78 nömrəli avtobusun marşrutu dəyişdirilib
1 dəq oxu

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Operativ Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

Əlaqəli Xəbərlər