Qara dənizdə Türkiyə şirkətinə məxsus yük gəmisi PUA hücumuna məruz qalıb
Nicat Hüseynli
Qara dənizdə Türkiyə şirkətinin idarə etdiyi “Volgo Balt 226” yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Maritime Voice" portalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı gəminin göyərtəsində 10 Azərbaycan və bir Gürcüstan vətəndaşı olub.
Bildirilib ki, hadisə nəticəsində heyət üzvlərindən heç biri xəsarət almayıb. Hücum zamanı gəminin kapitan körpüsünə və yaşayış kayutlarına ciddi ziyan dəyib.
Hazırda quru yük gəmisinin Türkiyənin Trabzon limanına doğru hərəkət etdiyi bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net