İlham Əliyev Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair sazişi təsdiqləyib
Operativ Media
Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş təsdiqlənib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, saziş bu il iyunun 22-də Bakı şəhərində imzalanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma