"Aston Villa" "Bavariya"nın sabiq futbolçusunu transfer etmək istəyir
Operativ Media
İngiltərənin "Aston Villa" klubu "Bavariya"nın sabiq yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Operativ Media xəbər verir ki, Almaniya təmsilçisi ilə müqaviləsinə xitam verilən 31 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır və tərəflər arasında müzakirələr davam etdirilir.
"Transfermarkt" portalı təcrübəli oyunçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir. Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm ərzində bütün turnirlərdə ümumilikdə 48 matçda meydana çıxaraq 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu barədə məlumatı tanınmış jurnalist Matteo Moretto X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net