Menyu

Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. 

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər