Menyu

"Aston Villa" "Bavariya"nın sabiq futbolçusunu transfer etmək istəyir

Operativ Media
"Aston Villa" "Bavariya"nın sabiq futbolçusunu transfer etmək istəyir
1 dəq oxu

İngiltərənin "Aston Villa" klubu "Bavariya"nın sabiq yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün danışıqlara başlayıb.

​Operativ Media xəbər verir ki, Almaniya təmsilçisi ilə müqaviləsinə xitam verilən 31 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır və tərəflər arasında müzakirələr davam etdirilir.

​"Transfermarkt" portalı təcrübəli oyunçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir. Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm ərzində bütün turnirlərdə ümumilikdə 48 matçda meydana çıxaraq 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu barədə məlumatı tanınmış jurnalist Matteo Moretto X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Əlaqəli Xəbərlər